Preparing your amazing experience
Xidmətlərimizdən istifadə qaydaları
Son yenilənmə: 1 Oktyabr 2025
Bu Xidmət Şərtləri Pink Travel və müştərilərimiz arasında hüquq və vəzifələri müəyyən edir. Xidmətlərimizdən istifadə etməklə siz bu şərtləri qəbul etmiş olursunuz.
Pink Travel səyahət planlaması, otel rezervasiyası, aviabilet satışı və digər turizm xidmətləri təqdim edir. Biz müştərilərimizə keyfiyyətli və etibarlı xidmət göstərməyi təaahhüd edirik.
Bütün rezervasiyalar ödəniş alındıqdan sonra təsdiq edilir. Qiymətlər və şərtlər rezervasiya zamanı göstərilən kimi keçərlidir. Ödənişlər təhlükəsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
Ləğvetmə şərtləri seçilmiş xidmətdən asılıdır. Aviabiletlər üçün hava yolu şirkətinin qaydaları, otellər üçün otelin qaydaları tətbiq olunur. Ləğvetmə haqqında ətraflı məlumat rezervasiya zamanı təqdim edilir.
Pink Travel partnyorlarımızın (hava yolları, otellər və s.) xidmətlərinin keyfiyyətinə görə məsuliyyət daşımır. Biz yalnız rezervasiya və təşkilat xidmətləri üçün məsuliyyət daşıyırıq.
Pink Travel bu şərtləri istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
Xidmətlərimizdən istifadə etməklə və rezervasiya yaratmaqla siz bu Xidmət Şərtlərini oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edirsiniz.
Xidmət şərtlərimiz haqqında suallarınız varsa, bizimlə əlaqə saxlayın.